Ana Sayfa > Karusel / Dünya > KİV: Fransanın Polşaya göndərdiyi “Rafale” qırıcıları nüvə başlığı daşıya bilir

KİV: Fransanın Polşaya göndərdiyi “Rafale” qırıcıları nüvə başlığı daşıya bilir


Dünən, 23:27. Yazar: Admin

KİV: Fransanın Polşaya göndərdiyi “Rafale” qırıcıları nüvə başlığı daşıya bilir

NATO-nun “Şərq keşikçiləri” əməliyyatında iştirak etmək üçün Polşaya təhvil verilən Fransa Hərbi Hava Qüvvələrinə məxsus “Rafale” qırıcıları nüvə silahı daşımaq qabiliyyətinə malikdir.

Qarabaginfo.az xəbər verir ki, bu iddia ilə Fransanın “Defence-24” portalı çıxış edib.

Məlumata görə Fransa Polşaya “Rafale” eskadrilyasını nüvə silahına malik təyyarələrin yerləşdiyi Sen-Dizierdəki 113-cü aviabazadan göndərib.

Portal təyyarənin Polşadakı yeni yeri olan “Minsk-Mazovietskom” aviabazasından olan fotoşəkillərini araşdıraraq qırıcıların Polşaya döyüş başlıqları olmadan gəldiyini irəli sürüb.

Qeyd edək ki, Fransa NATO-nun alyansın şərq cinahının hava məkanını qorumaq üçün başlatdığı əməliyyatda iştirak etmək üçün Polşaya üç “Rafale” qırıcısı göndərib.


Geri dön