Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, ölənlər var
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, ölənlər varBu gün, 12:56. Yazar: Admin |
Almaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb. Məlumatda bildirilir ki, iki nəfər Almaniyanın Reynland-Pfalts torpağında kiçik təyyarənin qəzaya uğraması nəticəsində həlak olub. Təyyarə sentyabrın 14-ü axşam Bittburq hava limanına, Trier şəhərinin şimalına enməli idi, lakin onunla əlaqə itirilib. Səhər polis və yanğınsöndürənlər qəzaya uğramış təyyarəni və iki ölü sərnişini Flissem yaxınlığındakı bir tarlada tapıblar. Polisin məlumatına görə, həlak olanların şəxsiyyətləri və qəzanın səbəbi hələ məlum deyil. Geri dön |