Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel > Emin Əmrullayev Şuşadakı 1 nömrəli məktəbdə Bilik Günündə iştirak edib
Emin Əmrullayev Şuşadakı 1 nömrəli məktəbdə Bilik Günündə iştirak edibBu gün, 12:50. Yazar: Admin |
Sentyabrın 15-də Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə Bilik Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə Qarabaginfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, elm və təhsil naziri Emin Əmrullayev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin direktoru Tural Novruzov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, şəhid ailələrinin üzvləri, məktəb kollektivi, şagirdlər və valideynlər iştirak ediblər. Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova giriş nitqi ilə çıxış edərək müəllim və şagirdləri yeni dərs ili münasibətilə təbrik edib, məktəbin 227 şagirdlə yeni tədris ilinə başladığını bildirib. Elm və təhsil naziri Emin Əmrullayev çıxışında məktəbin qədim tarixi və rəmzi əhəmiyyətinə toxunaraq müəllim və şagirdlərin üzərinə düşən məsuliyyəti qeyd edib. Nazir bildirib ki, məktəb yalnız biliklərin ötürülməsi deyil, həm də vətənpərvərlik, milli dəyərlərə hörmət formalaşdıran mühitdir. Emin Əmrullayev çıxışının sonunda müəllim və şagird heyətinə uğurlar arzulayıb, təhsil sahəsində islahatların davam etdiriləcəyini diqqətə çatdırıb. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək məktəb kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, Şuşada bərpa olunan təhsil infrastrukturunun önəmini vurğulayıb. Tədbir məktəblilərin hazırladığı bədii hissə ilə davam etdirilib. Geri dön |