Ana Sayfa > Karusel / Hadisə > Binəqədidə obyektdə yanğın olub, 4 nəfər xilas edilib

Binəqədidə obyektdə yanğın olub, 4 nəfər xilas edilib


14-09-2025, 10:50. Yazar: Admin

Binəqədidə obyektdə yanğın olub, 4 nəfər xilas edilib

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 440 m² olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektin mansardasında 30 m² sahədə əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, yanğın zamanı yağınsöndürənlər və xilasedicilər tərəfindən 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri dön