Ana Sayfa > Karusel / Dünya > Ukrayna Rusiyanın neft emalı zavodunu vurdu

Ukrayna Rusiyanın neft emalı zavodunu vurdu


13-09-2025, 20:59. Yazar: Admin

Ötən gün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Rusiyanın Ufa şəhərində yerləşən “Başnafta-Novoil” neft emalı zavoduna hücum edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.

Məlumata görə, PUA-ların obyektə zərbələri nəticəsində irimiqyaslı yanğın baş verib. Şəhərdə hava limanı bağlanıb, internet kəsintisi qeydə alınıb.

Hücumla bağlı Rusiyadan hər hansı rəsmi açıqlama verilməyib.

 


Geri dön