Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Polşa havadan müdafiə tədbirlərini gücləndirib
Polşa havadan müdafiə tədbirlərini gücləndiribDünən, 20:50. Yazar: Admin |
Qarabaginfo.az Rusiya dronlarından gələn təhdid fonunda qabaqlayıcı tədbirlər görüb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk özünün “X” hesabında məlumat verib. “Rusiya dronlarının Ukraynanın Polşa ilə sərhədə yaxın yerləri üzərində fəaliyyətindən yaranan təhdid səbəbindən, Polşa və müttəfiq qüvvələrin hava sahəmizdə qabaqlayıcı əməliyyatları başlayıb. Havadan müdafiə sistemləri ən yüksək hazırlıq səviyyəsinə çatıb”, - Polşanın Baş naziri xəbər verib. Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyaya məxsus dronlar Polşa hava sahəsini pozmuşdu. Geri dön |