Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > 5 aydır işləməyən xətt yenidən bərpa olunur - Gedişhaqqı 50-70 qəpikdir
Ana Sayfa > Karusel / İnfrastruktur > 5 aydır işləməyən xətt yenidən bərpa olunur - Gedişhaqqı 50-70 qəpikdir

5 aydır işləməyən xətt yenidən bərpa olunur - Gedişhaqqı 50-70 qəpikdir


Bu gün, 18:52. Yazar: Admin

5-aydir-islemeyen-xett-yeniden-berpa-olunur

157 və 503 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar – “BusTrans” MMC və “BakuBus” MMC yeni avtobuslarla xətlərin istismarını müvafiq olaraq sentyabrın 14-ü və 15-də həyata keçirəcəklər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, hər iki marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında fəaliyyət göstərəcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli marşrut üzrə gedişhaqqı 0.50 qəpik, Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə isə 0.70 qəpik təşkil edəcək.

Qeyd edək ki, 503 saylı avtobus bir müddət idi işləmirdi. Sumqayıt şəhəri ilə Abşeron rayonunun Saray qəsəbəsini birləşdirən bu marşrut xəttinin fəaliyyətini dayandırması sakinlərin narazılığına səbəb olmuşdu.


Geri dön