Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.
Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, Qusarın Ləzə kəndində 26 sm hündürlükdə qar yağıb, temperatur mənfi 10 dərəcəyədək enib.
Qubanın Qrız kəndinə 17 sm, Xaltana 14 sm, Xınalığa 11 sm, Təngəaltına 7 sm hündürlüyündə qar düşüb. Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 21 sm-ə çatıb.
Quba, Qusar və Xaçmaz şəhərlərinə 1-2 sm qar yağıb.