Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Cəzadan sonra verilişi bağlandı - “Space”dən də getdi
Ana Sayfa > Karusel / Gündəm > Cəzadan sonra verilişi bağlandı - “Space”dən də getdi

Cəzadan sonra verilişi bağlandı - “Space”dən də getdi


Bu gün, 18:47. Yazar: Admin

cezadan-sonra-verilisi-baglandi

Son günlər məcburi köçkünlərlə bağlı verdiyi qalmaqallı açıqlamalarla gündəmə gələn jurnalist Səidə Bəkirqızı sentyabrın 8-də işə başladığı “Space TV”dən də ayrılıb.

Qarabaginfo.az  xəbər verir ki, S.Bəkirqızının “Xəbərin izində” proqramının yayımı dayandırılıb və o, işdən azad olunub. 

S.Bəkirqızı məlumatı “Manset.az”a təsdiqləyib. 

Xatırladaq ki, bu gün Audiovizual Şura Səidə Bəkirqızının cəmi 5 gün efirdə yayımlanan verilişində səsləndirdiyi şərhlərə görə “Space TV”nin yayımının 6 saatlıq dayandırılması barədə qərar qəbul edib.

Qeyd edək ki, S.Bəkirqızı bundan əvvəl məcburi köçkünlərə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün baş redaktoru olduğu “MediaTurk TV”dəki işindən uzaqlaşdırılıb.


Geri dön