Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Ana Sayfa > Karusel / Mədəniyyət > Xalq artisti Hacı Murad Yagizarov vəfat edib

Xalq artisti Hacı Murad Yagizarov vəfat edib


Bu gün, 15:36. Yazar: Admin

 

Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov vəfat edib.

Qarabaginfo.az bildirir ki, bu barədə Xalq yazıçısı Natiq Rəsulzadə sosial şəbəkə hesabında paylaşım edib.

O bu gün uzun sürən xəstəlikdən sonra Almaniyada dünyasını dəyişib.

Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış edib. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görür. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958–1962). 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib.

M.Yagizarov Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı, Humay mükafatçısıdır.

Şamaxı xanı Mahmud ağanın nəticəsidir.

Bir sıra Azərbaycan filmlərində oynayıb. Bu sırada “Ögey ana”, “Ulduz”, “Böyük dayaq”, “Arşın mal alan”, “Ən vacib müsahibə”, “Bağ mövsümü” və s məşhur filmlər var.


Geri dön