Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini gələn həftə təqdim edəcək 12 sentyabr 2025 18:25 (UTC +04:00)
Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini gələn həftə təqdim edəcək 12 sentyabr 2025 18:25 (UTC +04:00)Bu gün, 09:53. Yazar: Admin |
Avropa Komissiyası 17 sentyabr tarixində Rusiya əleyhinə 19-cu sanksiyalar paketini təqdim etməyə hazırlaşır. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Devdiscourse” məlumat yayıb. Bildirilir ki, yeni sanksiyalar paketi “kölgə” donanması, bank sistemi və əlavə neft satışına məhdudiyyətlərə yönəldiləcək. Bundan əlavə, Komissiya Orta Asiyanın iki ölkəsindən bəzi bankları və Çindəki özəl neft emalı zavodlarını qara siyahıya salmağı nəzərdən keçirir, bu da Rusiyanın iqtisadi təcridini daha da gücləndirəcək. Qeyd edək ki, Aİ 2022-ci ildən bəri beynəlxalq sanksiyaların Rusiyaya vurduğu ziyanı 450 milyard dollar məbləğində qiymətləndirir. Geri dön |