Ana Sayfa > Karusel / Dünya > Rütte: NATO “Şərq keşikçisi” təşəbbüsünü işə salır

Rütte: NATO “Şərq keşikçisi” təşəbbüsünü işə salır


13-09-2025, 09:40. Yazar: Admin

Şimali Atlantika Alyansının baş katibi Mark Rütte

 

NATO “Şərq keşikçisi” adlı tədbirlər paketini işə salır.
Qarabaginfo.az xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Mark Rütte NATO-nun Avropa qüvvələrinin baş komandanı Aleksus Qrinkeviçlə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.
Məqsəd quru və hava məkanında alyansın şərq cinahında müdafiəni gücləndirməkdir.

Rüttenin sözlərinə görə, söhbət, o cümlədən, pilotsuz uçuş aparatlarına qarşı texnologiyalardan gedir.


Geri dön