Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Danimarka 9 milyard dollarlıq HHM sistemləri alacaq
Danimarka 9 milyard dollarlıq HHM sistemləri alacaqBu gün, 09:13. Yazar: Admin |
Danimarka 58 milyard krona (9,11 milyard ABŞ dolları) Avropa istehsalı olan hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır. Bu, ölkə tarixində ən böyük silah alışı olacaq. Qarabaginfo.az xəbər verir ki, bu barədə müdafiə naziri Troels Lund Poulsen təhlükəsizlik sahəsində mürəkkəb vəziyyətə istinad edərək bəyanat verib. Danimarkanın Baş naziri Mette Frederiksen fevral ayında Avropada mümkün gələcək təcavüzə hazırlıq çərçivəsində hərbçilərə “al, al, al” prinsipi ilə sursat və avadanlıq əldə etmək göstərişi vermişdi. Danimarka uzaqmənzilli SAMP/T platforması və orta mənzilli sistemlər də daxil olmaqla səkkiz sistem alacaq. Geri dön |