Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ G7 ölkələrini Rusiya neftinin alıcılarına qarşı rüsum tətbiq etməyə çağırıb
Ana Sayfa > Karusel / Dünya > ABŞ G7 ölkələrini Rusiya neftinin alıcılarına qarşı rüsum tətbiq etməyə çağırıb

ABŞ G7 ölkələrini Rusiya neftinin alıcılarına qarşı rüsum tətbiq etməyə çağırıb


Bu gün, 09:06. Yazar: Admin

ABŞ G7 ölkələrini Rusiya neftinin alıcılarına qarşı rüsum tətbiq etməyə çağırıb

ABŞ administrasiyası “Böyük yeddilik” (G7) ölkələrinin nümayəndələrinə müraciət edərək, Rusiya nefti alan dövlətlərə qarşı rüsumların tətbiq edilməsinin vacibliyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi və Amerika Ticarət Nümayəndəliyinin birgə bəyanatında qeyd olunub.

Sənəddə Qərb ölkələrinin Rusiyanın gəlirlərini azaltmaq və “kifayət qədər iqtisadi təzyiq göstərmək” üçün birgə fəaliyyət göstərməsinin zəruriliyi vurğulanıb.

“Biz G7 ölkələrinin həmkarlarımızdan bu müharibənin dayandırılmasına sadiq olduqları barədə vədlərini eşitməkdən məmnunuq və ümid edirik ki, onlar bu həlledici anda qəti addımlar atmaqda bizə qoşulacaqlar”, – deyə bəyanatında deyilir.


Geri dön