Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Kim Çen In Şimali Koreyanın yeni hərbi strategiyasını elan edəcək
Kim Çen In Şimali Koreyanın yeni hərbi strategiyasını elan edəcəkBu gün, 09:01. Yazar: Admin |
Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə və adi silahlı qüvvələrinin eyni zamanda inkişafını nəzərdə tutan yeni hərbi siyasət təqdim edəcəyini açıqlayıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin KCNA dövlət agentliyi məlumat yayıb. Onun sözlərinə görə, yeni kurs tezliklə təqdim olunacaq və ölkənin müdafiə qabiliyyətini gücləndirmək və milli təhlükəsizliyi təmin etmək üçün “əsas faktor” olacaq. Şimali Koreya lideri vurğulayıb ki, quru, dəniz və hava qüvvələrinin döyüş qabiliyyəti artırılmalı, düşmən tərəfdən gələ biləcək istənilən çağırışlara cavab verilməlidir. Geri dön |