Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Ukrayna zavod tikmək üçün Almaniyanın “Rheinmetall” şirkətinə torpaq ayırıb
Ukrayna zavod tikmək üçün Almaniyanın “Rheinmetall” şirkətinə torpaq ayırıbDünən, 09:06. Yazar: Admin |
Ukrayna hökuməti Almaniyanın “Rheinmetall” konserninə Ukrayna Silahlı Qüvvələri üçün silah istehsalı zavodu tikmək məqsədilə torpaq sahəsi ayırıb. Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Denis Şmıhal deyib. Şmıhalın sözlərinə görə, birgə müəssisə layihəsi Londonda keçirilən Müdafiə Təhlükəsizliyi və Avadanlıqları Beynəlxalq Sərgi və Konfransında (DSEI) 2025-ci ildə “Rheinmetall” şirkətinin baş direktoru Armin Papperger ilə görüş zamanı təsdiqlənib. "Rheinmetall" mərmilərinin istehsalı üzrə yeni zavod tikiləcək", - nazir öz “Telegram” kanalında yazıb. Şmıxal əlavə edib ki, tərəflər zavodun tikintisi ilə yanaşı, zirehli texnikanın təmiri və istehsalının inkişafı layihələrini də müzakirə ediblər. Geri dön |