Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ “Tramp marşrutu” üçün Ermənistana 145 milyon dollar vermək istəyir
Ana Sayfa > Karusel / Dünya > ABŞ “Tramp marşrutu” üçün Ermənistana 145 milyon dollar vermək istəyir

ABŞ “Tramp marşrutu” üçün Ermənistana 145 milyon dollar vermək istəyir


Dünən, 09:01. Yazar: Admin

 

ABŞ Ermənistana 145 milyon dollar yardım göstərmək niyyətindədir.

Bunu İrəvanda Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla görüşü zamanı ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun direktoru Brendan Henrehan deyib.

“Mən Konqreslə işləyərək Ermənistana 145 milyon dollar yardım göstərmək niyyətində olduğumuzu bildirməkdən çox məmnunam. Bu, Trampın Beynəlxalq Sülh və Rifah üçün Yol Xəritəsini və avqustun 8-də ticarət, infrastruktur, kritik mineral tədarük zəncirləri və transsərhəd təhlükəsizlik sahələrində investisiyaları dəstəkləməklə əldə edilmiş müvafiq razılaşmaları həyata keçirmək üçün maliyyənin ilk tranşıdır”.


Geri dön