Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Polşa hökuməti hərbi xərcləri kəskin şəkildə artırmaq qərarına gəlib
Polşa hökuməti hərbi xərcləri kəskin şəkildə artırmaq qərarına gəlib11-09-2025, 22:08. Yazar: Admin |
Polşa hökuməti hərbi xərcləri kəskin şəkildə artırmaq və onu ümumi daxili məhsulun (ÜDM) təxminən 5%-nə çatdırmaq istəyir. Qarabaginfo.az xəbər verir ki, bu haqda “RMF FM” radiostansiyası məlumat yayıb. “Hakim koalisiyanın liderləri gələn il müdafiə xərclərini ÜDM-nin ən azı 4,7%-i və ya 190 milyard zlotiyə (təxminən 49,5 milyard dollar) çatdıracaq büdcə layihəsinin hazırlanması ilə bağlı razılığa gəliblər”, - məlumatda deyilir. Məlumata görə, yeni müdafiə büdcəsinə, xüsusən də silah və hərbi texnikaya əlavə xərclər daxildir. Cari il üçün Polşanın büdcəsində artıq ÜDM-nin 4,1%-i həcmində rekord məbləğdə müdafiə xərcləri nəzərdə tutulub. Qeyd edək ki, hazırda yalnız beş NATO ölkəsi müdafiəyə ÜDM-nin 3%-dən çoxunu xərcləyir. Bunlar Polşa, Estoniya, ABŞ, Latviya və Yunanıstandır. Geri dön |