Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “11 sentyabrı unutmayacağımıza and içirik” –TRAMP
Ana Sayfa > Karusel / Siyasət / Dünya > “11 sentyabrı unutmayacağımıza and içirik” –TRAMP

“11 sentyabrı unutmayacağımıza and içirik” –TRAMP


11-09-2025, 22:06. Yazar: Admin

 

ABŞ Prezidenti Donald Tramp 11 sentyabr hadisələrinin ildönümü ilə bağlı Pentaqonu ziyarət edib.

Onu ölkənin birinci xanımı Melaniya Tramp müşayiət edib.

Onlar Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və müharibə katibi Pit Heqsetlə birlikdə 2001-ci il sentyabrın 11-də Pentaqonda öldürülən 184 nəfərin adlarının oxunmasını diqqətlə dinləyiblər.

Qurbanların hər birinin adı səsləndirildikdən sonra zəng çalınıb.

“Bu gün biz bir xalq olaraq 2001-ci il sentyabrın 11-ni heç vaxt unutmayacağımıza dair yenidən müqəddəs andımızı içirik. Biz onların xidmət etdikləri milləti, qoruduqları dəyərləri və uğrunda həlak olduqları azadlığı müdafiə edəcəyik. Biz qoşunlarımızı dəstəkləyəcəyik, ailələrimizi qoruyacağıq və hər bir gələcək nəsil üçün Amerika həyat tərzini qoruyub saxlayacağıq”, – deyə Tramp çıxışı zamanı bildirib.

ABŞ Prezidenti mərasimdən sonra Pentaqonun kilsəsini ziyarət edib və əklil qoyub.


Geri dön