Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Rusiya səfiri Niderland XİN-ə çağırılıb
Rusiya səfiri Niderland XİN-ə çağırılıb11-09-2025, 16:57. Yazar: Admin |
Rusiya səfiri Niderland Xarici İşlər Nazirliyinə çağırılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə “NOS.nl” məlumat yayıb. Səfir Rusiya dronlarının Polşanın hava məkanını pozması ilə əlaqədar olaraq XİN-ə çağırılıb. Niderlandın XİN Rusiya səfiri Vladimir Tarabrini çağıraraq Polşa ilə insidentə görə izahat tələb edib. Qeyd olunub ki, Niderland hökuməti bu hadisəyə ciddi yanaşır və Moskvaya qarşı yeni sanksiyaların tətbiqini istisna etmir. Xatırladaq ki, Polşanın hava məkanının müdafiəsində Niderland Hərbi Hava Qüvvələrinin F-35 qırıcıları da iştirak edib. Bu təyyarələr NATO-nun Polşadakı hava patrulu missiyası çərçivəsində fəaliyyət göstərir. Geri dön |