Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > Erməni spiker: Mağazalarımızda Azərbaycan malları satılacaq
Erməni spiker: Mağazalarımızda Azərbaycan malları satılacaq11-09-2025, 16:13. Yazar: Admin |
Ermənilərin əksəriyyəti Azərbaycan sərhədçisini görmək istəmir. Bu, pisdir, çünki biz qonşuyuq və zaman keçdikcə bu da aradan qalxacaq. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. “Ermənilər və azərbaycanlılar Moskvada birlikdə bizneslə məşğul olurlar, dostluq edirlər və bir-birlərinin ad gününə gedirlər, digər ölkələrdə də belədir”, - erməni spiker qeyd edib. Onun sözlərinə görə, hər iki tərəfdə həssaslıq mövcuddur, lakin onlar üçün kommunikasiyaların mümkün qədər tez açılması prioritet və vacibdir: “Ermənilər və azərbaycanlılar bir-biri ilə ticarət edəcəklər, bizim vahid Ermənistan-Azərbaycan mal bazarımız olacaq. Mağazalarımızda Azərbaycan malları, Ermənistan malları isə Bakı və digər şəhərlərin mağazalarında olacaq. Bu, qaçılmazdır”. Geri dön |