Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Latviya Belarus və Rusiya ilə hava məkanını bağlayır
Ana Sayfa > Karusel / Dünya > Latviya Belarus və Rusiya ilə hava məkanını bağlayır

Latviya Belarus və Rusiya ilə hava məkanını bağlayır


11-09-2025, 16:07. Yazar: Admin

Latviya Belarus və Rusiya ilə hava məkanını bağlayır

Latviya bu gün saat 18:00-dan etibarən ən azı bir həftə müddətinə şərq sərhədi üzərində uçuşları qadağan edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Andris Spruds bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Milli Silahlı Qüvvələrin risk qiymətləndirməsindən sonra Belarus və Rusiya ilə sərhəd ərazilərində hava məkanı bağlanıb.

Spruds qeyd edib ki, çərşənbə günü Polşada baş verənlər NATO hava məkanının açıq şəkildə pozulmasıdır və Latviya buna uyğun hərəkət etməlidir.

“Hazırda Latviyaya birbaşa təhdid olmasa da, qabaqlayıcı tədbirlər zəruridir”, nazir qeyd edib.


Geri dön