Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Parlamentdə azad edilmiş ərazilərdəki dini abidələrə dair müzakirə aparılacaq
Ana Sayfa > Karusel / Siyasət / Qarabağ > Parlamentdə azad edilmiş ərazilərdəki dini abidələrə dair müzakirə aparılacaq

Parlamentdə azad edilmiş ərazilərdəki dini abidələrə dair müzakirə aparılacaq


11-09-2025, 15:46. Yazar: Admin

Parlamentdə azad edilmiş ərazilərdəki dini abidələrə dair müzakirə aparılacaq

Milli Məclisdə işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin bərpası ilə bağlı qarşıya çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanları müzakirə ediləcək.

Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan komitənin Payız sessiyası üçün İş Planında əksini tapıb.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin durumu, bərpası ilə bağlı qarşıya çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanlarının müvafiq komitələrlə birgə ictimai müzakirəsi həyata keçiriləcək.

Eyni zamanda komitədə sessiya müddətində “Dini abidələrin durumu” və “İctimai birliklərin mövcud durumu” ilə bağlı ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulur.


Geri dön