Ana Sayfa > Karusel / Dünya > Lukaşenko Minskdə ABŞ prezidentinin nümayəndəsi ilə görüşüb
Lukaşenko Minskdə ABŞ prezidentinin nümayəndəsi ilə görüşüb11-09-2025, 15:38. Yazar: Admin |
Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə ABŞ prezidentinin nümayəndəsi Con Koul ilə görüş keçirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb. "Sizi Belarusda salamlayıram. Belarusu ziyarət etmək üçün vaxt ayırdığınıza görə təşəkkür edirik", - Belarus dövlət başçısı görüşün əvvəlində deyib. Lukaşenko iqtisadiyyat sahəsini də ən vacib məsələ adlandırıb: "Düşünürəm ki, iqtisadiyyat sahəsində Belarusa və Belarus vasitəsilə Rusiyaya maraqlarınız var. Təbii ki, iqtisadiyyat baxımından qlobal ölkənizə böyük marağımız var". Geri dön |