Fransada “Hamını bloklayaq!” şüarı altında keçirilən kütləvi etirazlar zamanı polis 473 nəfəri saxlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə BFMTV telekanalı Fransanın Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Nazirliyin məlumatına görə, saxlanılanlardan 339 nəfər həbs olunub.
Etirazçılarla toqquşmalar zamanı 13 polis əməkdaşı yüngül xəsarət alıb.