Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Pentaqon ABŞ ordusunun Avropadakı döyüş hazırlığı üçün ayırdığı vəsaiti azaldacaq
Ana Sayfa > Karusel / Dünya > Pentaqon ABŞ ordusunun Avropadakı döyüş hazırlığı üçün ayırdığı vəsaiti azaldacaq

Pentaqon ABŞ ordusunun Avropadakı döyüş hazırlığı üçün ayırdığı vəsaiti azaldacaq


10-09-2025, 08:57. Yazar: Admin

Pentaqon ABŞ ordusunun Avropadakı döyüş hazırlığı üçün ayırdığı vəsaiti azaldacaq


ABŞ Müdafiə Nazirliyi 2026-cı ildə ordunun Avropadakı döyüş hazırlığına ayrılan maliyyəni 2023-cü illə müqayisədə təxminən 15 dəfə azaldacaq.

Qarabaginfo.az xəbər verir ki, bu məsələ nazirliyin büdcə sənədlərində öz əksini tapıb.

Burada söhbət ABŞ-ın qabaqcadan yerləşdirilmiş anbarlarını təmin edən “Army Prepositioned Stocks-2 (APS-2) proqramının Avropa seqmentindən gedir. Onun xərcləri ardıcıl dördüncü ildir ki, azaldılır.

Bu xərclər 2023-cü ildə təxminən 495 milyon dollar təşkil edib. 2024-cü ildə azaldılaraq 251,7 milyon olub, 2025-ci ildə yenidən azaldılaraq 116,9 milyon olub. Gələn il isə həmin büdcənin azaldılaraq 33,4 milyon olması nəzərdə tutulur.


Geri dön