Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xərclər 16%-dək artırılacaq

Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xərclər 16%-dək artırılacaq


23-12-2020, 14:39. Yazar: Admin

Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xərclər 16%-dək artırılacaq

İşğaldan azad olunan ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tələb olunan əlavə xərclər də nəzərə alınmaqla Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 2021-ci ildə 475,7 mln. manat vəsaitin yatırılacağı proqnozlaşdırılır.

Qarabaqinfo.az-in məlumatına görə, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə bildirilir.

Gələn il qeyd olunan sahənin maliyyələşdirilməsinə nəzərdə tutulan vəsait 2020-ci illə müqayisədə 65 mln. manat və ya 15,8% çoxdur.

Ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi, su itkilərinin azaldılması, fermerlərin suvarma suyu ilə təchizatının yaxşılaşdırılması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi, suvarma subartezian quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyə təminatı üçün 2021-ci ilin dövlət büdcəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 405,8 mln. manat vəsait yönəldiləcək.


Geri dön