Ana Sayfa > Karusel / Gündəm > Hava ilə bağlı əhaliyə xəbərdarlıq

Hava ilə bağlı əhaliyə xəbərdarlıq


23-12-2020, 14:37. Yazar: Admin
 

Ölkə ərazisində hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edilib. 

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, dekabrın 23-dən  25-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Dekabrın 24-ü axşamdan 25-i səhərədək şəhərətrafı ərazilərdə yağıntının sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin sürəti 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

 

Azərbaycanın rayonlarında dekabrın 23-dən  25-i səhərədək  ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. 


Geri dön