Ana Sayfa > Karusel / Gündəm > Azad olunan ərazilərdə çoxsaylı iş yerləri açılacaq

Azad olunan ərazilərdə çoxsaylı iş yerləri açılacaq


23-12-2020, 14:06. Yazar: Admin

“İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən ortaq iş qurulub”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

 

Onun sözlərinə görə, gələn il məşğul şəxslərin ölkə üzrə reysteri üzrə işlər tamamlanacaq:

 

“Növbəti ildə əsas məşğulluq istiqamətləri Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunan ərazilərə yönəldiləcək”.


Geri dön