Ana Sayfa > Karusel / Dünya > Merts: Avropa ABŞ-la münasibətləri qurarkən yalançı nostaljidən çəkinməlidir

Merts: Avropa ABŞ-la münasibətləri qurarkən yalançı nostaljidən çəkinməlidir


9-09-2025, 09:37. Yazar: Admin

Almaniya kansleri Fridrix Merts

 

Almaniya kansleri Fridrix Merts hesab edir ki, vahid Avropa ABŞ-la münasibətləri qurarkən yalançı nostaljidən çəkinməli və öz maraqlarını dəqiq müəyyənləşdirməlidir.

Qarabaginfo.az xəbər verir ki, o, bunu Almaniya Xarici İşlər Nazirliyində keçirilən səfirlərlə görüşündə bildirib.

“ABŞ-a münasibətdə mövqeyimiz avropalılar olaraq bizim gücümüzdən asılı olacaq”, – deyə kansler vurğulayıb.
Merts həmçinin Avropanı dünyada yeni tərəfdaşlar axtarmağa və mövcud tərəfdaşlıq əlaqələrini möhkəmləndirməyə çağırıb.


Geri dön