Ana Sayfa > Karusel / Siyasət > Sibiqa və Siyarto görüşəcək

Sibiqa və Siyarto görüşəcək


8-09-2025, 20:06. Yazar: Admin

Sibiqa və Siyarto görüşəcək

Macarıstan və Ukrayna xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Macarıstan XİN rəhbəri Piter Siyarto özünün “X” hesabında məlumat verib.

“Macarıstan-Ukrayna əlaqələrini müzakirə etmək üçün bu həftə Andrey Sibiqa ilə Budapeştdə görüşəcəyik. Biz dialoqa inanırıq və danışıqlar üçün hazırıq. Amma top Ukraynadadır: Yalnız Zakarpatyedə yaşayan macarların tapdalanan hüquqlarının bərpa edilməsindən sonra həqiqi irəliləyiş əldə oluna bilər”, - Siyarto qeyd edib.


Geri dön