Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Təhsil > Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyatına start verilir
Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyatına start verilirDünən, 15:08. Yazar: Admin |
Ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək. Bu barədə Qarabaginfo.az-a Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Namizədlər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar. Geri dön |