Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Təhsil > Avropa Azərbaycan Məktəbinin şagirdləri beynəlxalq proqramda uğur qazanıb - FOTO
Avropa Azərbaycan Məktəbinin şagirdləri beynəlxalq proqramda uğur qazanıb - FOTODünən, 15:06. Yazar: Admin |
Avropa Azərbaycan Məktəbinin (EAS) şagirdləri “Duke of Edinburgh’s International Award” proqramında uğurla iştirak edərək daha yüksək mərhələlərə yüksəliblər. Qarabaginfo.az xəbər verir ki, bu barədə Apa-ya Avropa Azərbaycan Məktəbindən məlumat verilib.
Bildirilib ki, ötən il bürünc səviyyəni tamamlayan şagirdlər bu dəfə gümüş səviyyəsinə layiq görülüblər. Onlar artıq qızıl mükafat üçün səy göstərirlər.
Həmçinin bu il proqramı bürünc səviyyədən başlayan şagirdlər də uğurlu nəticə əldə ediblər.
Proqram çərçivəsində şagirdlər dörd əsas istiqamətdə – fiziki fəaliyyət, bacarıqların inkişafı, könüllülük və macəra səyahəti sahələrində nəzərəçarpan irəliləyiş nümayiş etdiriblər. Onlar idman vasitəsilə sağlam həyat tərzi formalaşdırıb, yeni bacarıqlar qazanıb, könüllü fəaliyyətlə cəmiyyətə dəstək olub, həmçinin təbiətdə uyğunlaşmaq və çətinlikləri aşmaq bacarığı əldə ediblər.
Bu nailiyyətlərin qeyd olunması məqsədilə xüsusi sertifikat mərasimi təşkil olunub. Təltifetmə mərasimində Avropa Azərbaycan Məktəbinin baş icraçı direktoru Françesko Bankini, Birləşmiş Krallığın Azərbaycandakı siyasi şöbə rəhbəri və konsulu Edvard Kraymbıl, “British Council”in Azərbaycan üzrə ölkə direktoru Nərgiz Hacıyevanın iştirakı ilə şagirdlərə sertifikatlar və nişanlar təqdim edilib. Geri dön |