Ana Sayfa > Karusel / Siyasət > Lavrov Vaşinqton razılaşmalarını Azərbaycanla Ermənistanın suveren hüququ adlandırıb

Lavrov Vaşinqton razılaşmalarını Azərbaycanla Ermənistanın suveren hüququ adlandırıb


8-09-2025, 14:47. Yazar: Admin

 

Picture background

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-da Bakı ilə İrəvan arasında razılaşmanı Azərbaycan və Ermənistanın suveren hüququ adlandırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində tələbələr qarşısında çıxışında bildirib.

"2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmaları Amerika Birləşmiş Ştatlarından yekunlaşdırmaq qərarına gəliblər. Bu, bizim qonşularımızın suveren hüquqlarıdır. Lakin baxmaq lazımdır ki, bu razılaşmalar necə işləyəcək", - Rusiya XİN başçısı qeyd edib.


Geri dön