Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Zelenski Putinin danışıqları istəmədiyini və açıq-aydın ondan qaçdığını bildirib
Zelenski Putinin danışıqları istəmədiyini və açıq-aydın ondan qaçdığını bildiribDünən, 09:05. Yazar: Admin |
Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin danışıqları istəmədiyini və açıq-aydın ondan qaçdığını bildirib. Qarabaginfo.az xəbər verir ki, Zelenski bu haqda öz “Telegram” kanalında məlumat verib. “Putin danışıqlar istəmir. O, açıq şəkildə bundan qaçır. buna görə də Rusiyanın yanacaq çatışmazlığı və digər iqtisadi problemləri atəşkəsə və ya liderlər səviyyəsində görüşə razılaşmaqdan imtinanın məntiqi cavabıdır.”, - Zelenski vurğulayıb. Zelenski liderlərin, dövlətlərin, qurumların bəyanatlarının ardınca güclü addımların – Rusiyaya, Rusiya ilə əlaqəli şəxslərə qarşı sanksiyaların, Rusiya ilə ticarətə güclü tariflərin və digər məhdudiyyətlərin tətbiqinin vacib olduğunu bildirib. Geri dön |