Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 905 nəfərə çatıb
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 905 nəfərə çatıbDünən, 08:58. Yazar: Admin |
Pakistanda iyunun 26-da başlayan musson yağışları nəticəsində yaranan sel və torpaq sürüşmələrində ölənlərin sayı 905-ə çatıb. Qarabaginfo.az xəbər verir ki, bu haqda Pakistan Milli Fəlakət İdarəetmə Agentliyi (NDMA) məlumat yayıb. Yağışların ən çox vurduğu bölgə Pəncab əyaləti olub. Üç çayın daşması nəticəsində əyalətdə 1,3 milyon hektar əkin sahəsi su altında qalıb. Avqustun sonundan indiyədək 4100-dən çox kənd və 4,2 milyon insan daşqınlardan zərər çəkib, 2 milyondan çox insan təhlükəsiz ərazilərə köçürülüb. Geri dön |