Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Zelenski gecəki kütləvi hücumdan danışdı
Zelenski gecəki kütləvi hücumdan danışdıBu gün, 15:02. Yazar: Admin |
“Rusiyanın Ukraynaya gecə hücumu zamanı törətdiyi qətllər, real diplomatiyanın başlaya biləcəyi bir vaxtda baş verir, bu, qəsdən edilmiş cinayət və müharibənin uzadılmasıdır”. Qarabaginfo.az xəbər verir ki, bunu teleqram kanalında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. “800-dən çox pilotsuz təyyarə, 13 raket, onlardan dördü ballistikdir... İlkin məlumata görə, bir neçə pilotsuz təyyarə Ukrayna və Belarus sərhədini keçib”, - o vurğulayıb. Dövlət başçısı Kiyevdə yaşayış binalarının dağıdıldığını deyib: “Hazırda biri uşaq olmaqla iki nəfərin öldüyü məlumdur. Təkcə paytaxtda onlarla yaralı var. Zaporojyedə 20-dən çox ev və uşaq bağçasına ziyan dəyib. Krivoy Roqda anbarlar dağılıb. Odessada çoxmərtəbəli binaya hücum olub. Son 24 saat ərzində bir çox rayonlar zərər çəkib”.
Geri dön |