Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Hindistan-ABŞ gərginliyi: Dehli üçün asan olmayacaq...
Hindistan-ABŞ gərginliyi: Dehli üçün asan olmayacaq...Dünən, 09:19. Yazar: Admin |
Hindistan rəsmiləri hesab edirlər ki, ABŞ-la gömrük rüsumları və Rusiyadan neft alınması məsələsindəki ixtilaflar, böyük ehtimalla, Nyu-Dehli və Vaşinqton arasındakı münasibətlərə uzunmüddətli perspektivdə zərər vuracaq. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) qəzeti mənbəyə istinadən məlumat yayıb. NYT qeyd edir ki, Nyu-Dehlinin ABŞ bazarını əvəzləməsi asan olmayacaq, çünki Hindistan ixracının təxminən 20%-i məhz bu bazara yönəlir. Bununla yanaşı, böyük daxili bazar, eləcə də Cənub-Şərqi Asiya, Yaxın Şərq və Avropa ölkələri ilə müxtəlif və genişlənən ticarət-iqtisadi əlaqələr Hindistanın Baş naziri Narendra Modiyə ABŞ-la qarşıdurmada özünə inam verir. Qeyd edək ki, ABŞ 6 avqustda Hindistana qarşı əlavə 25%-lik gömrük rüsumu tətbiq edib. Bu qərar Hindistanın Rusiya nefti və neft məhsulları alışı ilə əlaqələndirilib. Bununla da Hindistan malları və xidmətlərinin idxalına qoyulan tariflər 50%-ə çatdırılıb.
Geri dön |