Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Rusiyanın Ukraynaya kütləvi zərbələri nəticəsində ölən və yaralananlar var
Rusiyanın Ukraynaya kütləvi zərbələri nəticəsində ölən və yaralananlar varDünən, 09:13. Yazar: Admin |
Rusiya Ukraynaya növbəti kütləvi hücumunu həyata keçirib. Dnepropetrovsk hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, Krivoy Roqda xəsarət alan üç kişidən biri ağır vəziyyətdədir. “Nikopol bölgəsində terror axşam saatlarından davam edib. Rayon mərkəzləri, Pokrovska, Marqanets və Mirovsk icmalarında güclü partlayışlar eşidilib. Nəticədə 54 yaşlı kişi ölüb, daha bir 64 yaşlı yerli sakin xəsarət alıb”, – Lısak qeyd edib. Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko isə xəsarət alanların sayının artıq 15-ə çatdığını açıqlayıb. Monitorinq kanallarının məlumatına görə, bu gün rekord sayda, təxminən 700 ədəd “Geran-2” PUA-larından istifadə olunması ehtimal edilir. Kiyevdə 4 ədəd 9M728 “İskəndər-K” qanadlı raketlə zərbə endirilib, hadisə yerində güclü yanğın olub. PUA-nın düşməsi nəticəsində Hökumət binasında yanğın baş verib. Krıvoy Roqda “Geran-2” PUA-ları və “İskəndər” raketləri ilə kütləvi hücum baş verib. Şəhərdə elektrik enerjisində kəsintilər baş verib. Daha sonra 8 “İskəndər” raketi ilə yenidən zərbə endirilib. Zaporojyedə Abrasiv kombinatın yaxınlığında bir neçə partlayış olub, kimya sənayesi müəssisəsi zərbə ilə üzləşib. Dnepropetrovsk və ətrafı, Xarkov, Kiyev bölgəsində partlayışlar eşidilib. Geri dön |