Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Təhsil > Zaur Əliyevin İrəvan məqaləsi beynəlxalq jurnalda
Zaur Əliyevin İrəvan məqaləsi beynəlxalq jurnalda6-09-2025, 19:56. Yazar: Admin |
![]()
Azərbaycanlı alimin nüfuzlu beynəlxalq jurnalda İrəvanın Ermənistana güzəşti və 1918-ci ilin siyasi-hüquqi proseslərlə bağlı elmi məqaləsi dərc edildi. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin Kuba Respublikasının “XXX Aniversario de la Universidad de Cienfuegos “Carlos Rafael Rodríguez” Universitetinin nəzdində olan, beynəlxalq xülasələndirmə və indeksləşmə bazası olan “Web of Science” qeydiyyatda olan “La Revista “Universidad y Sociedad”” jurnalında “Azərbaycan Cümhuriyyətinin yaradılması və İrəvanın Ermənistan Respublikasına güzəşti (1918-ci ilin siyasi-hüquqi prosesləri)” başlıqlı elmi məqaləsi dərc edilib. Müəllif məqalədə elmi faktlar, əlyazma, arxiv sənədləri və mötəbər müəlliflərə istinad edərək İrəvan şəhərinin tarixən ermənilərə heç bir aidiyyatı olmadığnı sübut etməklə yanaşı 1918-ci ildə baş verən siyasi-hüquqi prosesləri təhlil edir. Məqalədə istinadlar və mənbələrə göstəririlir ki, İrəvanın Ermənistan dövlətinə yox, Ermənistan Federasiyasına siyasi mərkəz olaraq güzəşt edilməsindən söhbət gedir. Azərbaycan Milli Şurasının protokollarına nəzər salsaq, sənədlərdə “erməni federasiyası” yazıldığını görərik. İrəvanın güzəşt edilməsi sənədində də yazılır: “İrəvan siyasi mərkəz kimi erməni federasiyasına verilir”. Müəllif beynəlxalq hüququn mövcud normalarına istinad edərək faktlarla isbat edir ki, Batum müqaviləsində İrəvanın güzəştə gedilməsi və ermənilərin hər hansı öhdəlik götürməsi ilə bağlı razılaşma əksini tapmayıb: İrəvan erməni Milli Şurası ilə Azərbaycan Milli Şurası arasında centlmen razılaşması əsasında verilib. 1918-ci ildə erməni cümhuriyyəti yaratmaq üçün paytaxt olmadığına görə Azərbaycan Milli Şurası İrəvanı güzəştə gedib. Bunun müqabilində erməni Milli Şurası Yelizavetpol quberniyasının dağlıq hissəsinə, indiki Dağlıq Qarabağa olan iddialarından imtina haqda öhdəlik götürüb. Batum müqaviləsində həmin razılaşmanı özündə ehtiva edən hər hansı bir maddə yoxdur. Ermənistanın müstəqilliyinin tanınması üçün maddələrdə ermənilərin üzərinə götürdükləri öhdəlikləri özləri də pozmuşlar. Müəllif hüquq və siyasi razılaşmalar ilə bağlı beynəlxalq təcrübəni əsas götürərək İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm 4 iyun 1918-ci il tarixli Batum müqavilələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirdiyini elmi əsaslarla izahını verir. Qeyd edək ki, Zaur Əliyevin "Zəngəzur dəhlizi”, “İrəvan şəhərinin hüququ statusu”, “31 mart soyqırımı”, “Uydurma erməni soyqırımı” və digər başlıqlı məqalələri də beynəlxalq xülasələndirmə və indeksləşmə bazası olan “Web of Science” və “Scopus”-da qeydiyyatda olan jurnallarda dərc edilib və müəllifin bu mövzularda kitabları var Geri dön |