Ana Sayfa > Karusel / Gündəm > Fransa İngiltərəyə uçuşları bərpa edir
Fransa İngiltərəyə uçuşları bərpa edir23-12-2020, 10:20. Yazar: Admin |
Fransa daha sürətli yayılan yeni bir koronavirus növünün ortaya çıxmasından sonra Böyük Britaniyaya səyahət məhdudiyyətini ləğv edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Fransanın Nəqliyyat Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, iki ölkə arasında hava, dəniz və dəmir yolu nəqliyyatının dekabrın 23-ü səhər saatlarında bərpa olunmasını nəzərdə tutan protokol imzalanıb. İngiltərədən Fransaya səyahət etmək istəyən hər kəs son 72 saat ərzində “COVID-19” testi verməlidir. Nəticəsi neqativ olan sənəd təqdim edə bilməyənlərin nəqliyyat vasitələrinə minmələrinə icazə verilmir. Milliyyətindən asılı olmayaraq, bütün yük maşını sürücülərindən də sürətli nəticə verən testlər götürüləcək.
Geri dön |