Ana Sayfa > Karusel / Gündəm > Geri çağırılan səfir Leyla Abdullayevanın həyat yoldaşıdır
Geri çağırılan səfir Leyla Abdullayevanın həyat yoldaşıdır4-09-2025, 19:16. Yazar: Admin |
Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Cəlal oğlu Hüseynov vəzifəsindən geri çağırılıb. Qarabaginfo.az-ın məlumatına görə, Hüseyn Hüseynov 1977-ci ildə Bakıda anadan olub. 1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu “beynəlxalq münasibətlər” ixtisası üzrə, 2000-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib. H. Hüseynov 2021-ci ilin aprelində Bolqarıstana səfir göndərilmişdi. Bundan öncə isə o, XİN-in Strateji Araşdırmalar İdarəsinin rəhbəri vəzifəsində çalışıb. Diplomat Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın həyat yoldaşıdır. Cütlüyün iki övladı var. Qeyd edək ki, L. Abdullayeva 2022-ci ildən Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiridir.
Geri dön |