Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Fidan: Azərbaycanla Ermənistan arasında razılaşma çox müsbət mənzərə yaradıb
Ana Sayfa > Karusel / Dünya > Fidan: Azərbaycanla Ermənistan arasında razılaşma çox müsbət mənzərə yaradıb

Fidan: Azərbaycanla Ermənistan arasında razılaşma çox müsbət mənzərə yaradıb


29-08-2025, 09:03. Yazar: Admin

Fidan: Azərbaycanla Ermənistan arasında razılaşma çox müsbət mənzərə yaradıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan “TGRT News” telekanalına müsahibə verib.

Qarabaginfo.az xəbər verir ki, Fidan müsahibəsi zamanı Qəzza böhranı, Rusiya-Ukrayna müharibəsi, həmçinin Azərbaycan və Ermənistan arasında əldə olunan bəzi razılaşmalar kimi gündəm məsələlərə toxunub.

Fidan bildirib ki, Azərbaycanla Ermənistan arasında əldə olunan bir sıra razılaşmalar, Azərbaycanla ABŞ arasında razılaşma regional sülh üçün çox müsbət mənzərə yaradıb.

“Hadisənin ilk günündən amerikalılar gəlib azərbaycanlı qardaşlarımızla danışmağa başlayanda bu məsələ bizimlə müzakirə olundu və məsləhətləşmələr yolu ilə irəlilədi”, - Fidan deyib.

XİN rəhbəri bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı bəyannamə Azərbaycan tərəfinin əvvəldən irəli sürdüyü fundamental tələblərin prinsipial olaraq qəbul edilməsi deməkdir.

O həmçinin bildirib ki, Zəngəzur dəhlizinin formatı yekunlaşdırılmayıb, əksinə konsepsiya kimi qəbul edilib və tərəflər məsələni öz aralarında müzakirə edəcəklər.


Geri dön