Ana Sayfa > Karusel / İdman > “Qalatasaray”ın ÇL-dəki rəqibləri müəyyənləşib
“Qalatasaray”ın ÇL-dəki rəqibləri müəyyənləşib28-08-2025, 22:29. Yazar: Admin |
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçirilib. Qarabaginfo.az xəbər verir ki, tədbir UEFA-nın Monakodakı inzibati binasında baş tutub. Turnirdə Türkiyəni təmsil edən “Qalatasaray”ın rəqibləri də müəyyənləşib. İstanbul təmsilçisi püşkatmaya 4-cü səbətdən qatılıb. “Qalatasaray”ın qrupdakı rəqibləri bunlardır: I səbətdən: “Mançester Siti”, “Liverpul” II səbətdən: “Atletiko”, “Ayntraxt” III səbətdən: “Bodo Qlimt”, “Ayaks” IV səbətdən: “Yunion”, “Monako” Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk tur oyunları sentyabrın 16-18-də keçiriləcək. Pley-off mərhələsi fevralın 17-18-də, final isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə oynanılacaq. Geri dön |