Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Argentina ilə investisiya imkanlarının artırılması müzakirə edilib
Ana Sayfa > Karusel / Dünya > Argentina ilə investisiya imkanlarının artırılması müzakirə edilib

Argentina ilə investisiya imkanlarının artırılması müzakirə edilib


28-08-2025, 13:46. Yazar: Admin

Argentina ilə investisiya imkanlarının artırılması müzakirə edilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi ilə görüşüb.

Bu barədə Qarabaginfo.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə ticari-iqtisadi tərəfdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması və qarşılıqlı işbirliyinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Ölkələrimiz arasında iqtisadi sahədə hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. İnvestisiya, nəqliyyat-tranzit, texnologiya, kənd təsərrüfatı sahələri tərəfdaşlığın əsas prioritet istiqamətləri kimi diqqətə çatdırılıb. Həmçinin, iqtisadiyyatın müxtəlif sahələrində təcrübə mübadiləsi və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 


Geri dön