Ana Sayfa > Karusel / Qarabağ > İşğaldan azad olunan ərazilərin bərpası ilə bağlı konsepsiyanın əsas istiqamətləri açıqlanıb

İşğaldan azad olunan ərazilərin bərpası ilə bağlı konsepsiyanın əsas istiqamətləri açıqlanıb


22-12-2020, 14:38. Yazar: Admin

İşğaldan azad olunan ərazilərin bərpası ilə bağlı konsepsiyanın əsas istiqamətləri açıqlanıb

İşğaldan azad olunan ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı konsepsiya qəbul ediləcək.

Qarabaginfo.az xəbər verir ki, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.

Konsepsiya çərçivəsində dövlət investisiyaları ilə yanaşı, yerli və xarici investisiyaların cəlb edilməsi ilə işğaldan azad olunan ərazilərdə iqtisadi və sosial infrastrukturun yenidən qurulması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlərin həyata keçirilməsi prioritet olacaq.

 

Göstərilənləri nəzərə alaraq, ortamüddətli dövrdə ölkəmizdə işğaldan azad olunan ərazilərin bərpası və regionların davamlı tarazlı inkişafının təmin edilməsi siyasətinin aşağıdakı prioritet istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulur:

- işğaldan azad olunan ərazilərdə kommunal, iqtisadi və sosial infrastrukturun qurulması;

- işğaldan azad olunan inzibati rayon mərkəzlərində və kəndlərdə yaşayış binalarının və evlərin tikintisi və əhalinin məskunlaşmasının təmin edilməsi;

- həmin ərazilərdə istehsal, xidmət və ticarət sahələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi və s.


Geri dön