Ana Sayfa > Karusel / Dünya > Almaniyada Milli Təhlükəsizlik Şurası yaradılıb

Almaniyada Milli Təhlükəsizlik Şurası yaradılıb


27-08-2025, 21:37. Yazar: Admin

Almaniyada Milli Təhlükəsizlik Şurası yaradılıb

Almaniyada kansler Fridrix Merz və müdafiə naziri Boris Pistorius müdafiə və təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli məsləhətləşmələri əlaqələndirəcək yeni Milli Təhlükəsizlik Şurasının yaradılmasını elan edib.

Qarabaginfo.az-a xəbər verir ki, bu haqda məlumatı “Euractiv” yayıb.

Bildirilib ki, Almaniya rəsmiləri yeni yaradılmış orqanı “Almaniyanın təhlükəsizlik arxitekturasının yeni nüvəsi” kimi xarakterizə edirlər. Şura iki qurumu - ilah ixracı və müdafiə siyasətinə cavabdeh olan Almaniyanın Federal Təhlükəsizlik Şurasını və böhran vəziyyətlərində qərar qəbul etmək üçün toplanan Təhlükəsizlik Kabinetini özündə birləşdirib.

Merz bildirib ki, Şura ölkənin “kompleks təhlükəsizlik siyasətinin” uzunmüddətli planlaşdırılması ilə yanaşı, həm də daxili, xarici, iqtisadi və rəqəmsal təhlükəsizlik kəsişməsində olan milli təhlükəsizliklə bağlı “sahələrarası məsələlərlə” məşğul olacaq.

Onun sözlərinə görə, Rusiya və digər ölkələrdən gələn Avropa təhlükəsizliyinə təhdidlər daha çevik qərar qəbul etmə və reaksiyaya ehtiyac yaradır.


Geri dön