Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > TANAP-la Avropaya tədarük olunan təbii qazın həcmi 50 mlrd. kubmetrə çatıb
TANAP-la Avropaya tədarük olunan təbii qazın həcmi 50 mlrd. kubmetrə çatıb27-08-2025, 12:40. Yazar: Admin |
Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropaya tədarük olunan təbii qazın həcmi 50 milyard kubmetrə çatıb. Bu barədə Qarabaginfo.az-a SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiye”nin məlumatına istinadən xəbər verir. “Azərbaycandan Avropaya uzanan enerji körpüsündə tarixi mərhələ! TANAP vasitəsilə Avropaya nəql olunan təbii qazın həcmi 50 milyard kubmetrə çatıb”, - məlumatda qeyd olunur. Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır. Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. Geri dön |