Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda dənizlə neft və neft məhsullarının daşınması 12%-ə yaxın artıb
Azərbaycanda dənizlə neft və neft məhsullarının daşınması 12%-ə yaxın artıb26-08-2025, 13:28. Yazar: Admin |
Bu ilin birinci yarısında dəniz nəqliyyatı ilə 2 246,6 min ton neft və neft məhsulları daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% çoxdur. Bu barədə Qarabaginfo.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin yanvar-iyun aylarında ölkədə dəniz nəqliyyatı ilə 2 009,3 min ton neft və neft məhsulları daşınıb. Cari ilin birinci yarısında isə Azərbaycanda dəniz nəqliyyatı ilə ümumilikdə 4 611,5 min ton yük daşınıb ki, bu da 11,8% artım deməkdir. Beləliklə, hesabat dövründə bu nəqliyyat növü ilə daşınan yüklərin 48,7%-ni neft yükləri təşkil edib. Geri dön |