Ana Sayfa > Karusel / Dünya > Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir25-08-2025, 21:07. Yazar: Admin |
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynaya təhlükəsizlik zəmanətləri məsələsi hələlik konkret şəkildə müzakirə olunmayıb. “Biz hələ hansı təhlükəsizlik zəmanətlərinin veriləcəyini bilmirik, çünki bu barədə konkret müzakirə aparmamışıq. Baxarıq. İlk növbədə, onlara Avropa əhəmiyyətli zəmanətlər verəcək. Belə də olmalıdır, çünki onlar həmin bölgədə yerləşirlər. Biz isə dəstək göstərmək baxımından prosesə cəlb olunacağıq”, – deyə Tramp bildirib. ABŞ Prezidenti onu da əlavə edib ki, Vaşinqton artıq Ukraynaya maliyyə vəsaiti ayırmır. Geri dön |